Dünən Azərbaycanda 3 nəfər özünü asıb
Dünən Azərbaycanda 3 nəfər özünü asıb
31 İyul 2019 14:31 KriminalÖtən gün Azərbaycanda 3 nəfər intihar edərək öz həyatına son qoyub, iki nəfər isə intihara cəhd edib.
Zaqatala rayonunda 17 yaşlı qız özünü asaraq intihar edib. 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Şəkidə isə 20 yaşlı gənc oğlan özünü asıb. 1999-cu il təvəllüdlü Nəsib Mircəlal oğlu Cəlalovun meyiti yaşadığı evdə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.
Digər özünü asma faktı həbsxanada baş veribş Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində 42 yaşlı Nadir Nuriyev özünü kameranın nəfəsliyindən parça ilə asaraq intihar edib.
Ötən gün intihar etmək istəyən iki nəfər isə xilas olunub. Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd ediblər. Lakin FHN əməkdaşları onları bu fikirdən daşındıra biliblər.