Şəmkirdə bibisini öldürən gənc: "Ayrı-ayrı oğlanlarla görüşürdü..." -Yenilənib
Şəmkirdə bibisini öldürən gənc: "Ayrı-ayrı oğlanlarla görüşürdü..."
26 İyul 2019 14:20 KriminalŞəmkirdə bibisini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən 1999-cu il təvəllüdlü Ayxan Zamanov polisə könüllü təslim olub.
A.Zamanov ilkin ifadəsində bibisini qısqanclıq zəminində öldürdüyünü bildirib: "Tez-tez telefonda kiminləsə danışır, görüş yeri təyin edirdi. Əvvəl elə bilirdim ki, sevdiyi oğlan var. Bir neçə dəfə izlədim, telefonla danışıb evdən çıxandan sonra arxasınca getdim. Gördüm ki, hər dəfə ayrı-ayrı oğlanlarla görüşür. Axşam evə gələndə soruşdum ki, haradan gəlirsən? O da mənə dedi ki, "özüm bilərəm, sən kimsən məni sorğu-sual edirsən". Biz mübahisə elədik. Mən mətbəxə keçərək oradan götürdüyüm bıçaqla başladım bibimə zərbələr vurmağa. Həmin vaxt özümdə deyildim. Sonradan bildim ki, 12 bıçaq zərbəsi vurmuşam".
report