Ağsuda güclü yanğın davam edir: əhali təlaş içində - FOTO / VİDEO

 

 

Ötən gün xəbər verdiyimiz kimi Ağsu rayonun Bico kəndi ərazisində olan dağlarda meşə, kolluq və otlaq sahələri alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub. 

BakuPost xəbər verir ki, yanğın hələ də davam edir. Bildirilib ki, analoji hadisə demək olar ki, hər yay baş verir.

Alovun ram edilməsi isə hələlik mümkün deyil. Kənd sakinlərinin sözlərinə görə, yanğın kəndə doğru yaxınlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31