55 yaşlı kişi 8 yaşlı qızı oğurlayıb zorladı - Sumqayıtda

55 yaşlı kişi 8 yaşlı qızı oğurlayıb zorladı - Sumqayıtda

Sumqayıt şəhərində 55 yaşlı kişi 8 yaşlı qızı oğurlayaraq zorlayıb.

Olaylar.az xəbər verir ki, hadisə bir neçə gün öncə şəhərin 17-ci mikrorayonunun ərazisində baş verib. 8 yaşlı qız nənəsigilə qonaq gəlibmiş, öz evlərinə geri qayıdarkən yolda 55 yaşlı kişi ilə rastlaşıb. Həmin şəxs uşağa şirnikləndirici vədlər verərək aldadıb və yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə apararaq bir gecə orada saxlayıb. 

Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31