Bakıda DƏHŞƏT: Həbsdən çıxdı, qonşusunu "Zeytun bağları"nda öldürdü - TƏFƏRRÜAT
19 İyul 2019 07:28 Kriminal
Bakıda qonşusunu öldürməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Dostəli Abuzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Dostəli Abuzərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il sentyabrın 17-də rayonunun Zeytun bağları adlanan çöllük ərazidə Dostəli Abuzərov qonşusu, 1977-ci il təvəllüdlü Sərsəng Qədirovu bıçaqlayaraq öldürüb.
İstintaq orqanı tərəfindən Dostəli Abuzərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qətl hadisəsi qonşular arasında mübahisə zəminində baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31