Bakıda DƏHŞƏT - Kişi boğazını kəsdi, arvadı qışqırıq səslərinə oyandı

Bakıda DƏHŞƏT - Kişi boğazını kəsdi, arvadı qışqırıq səslərinə oyandı

Bakıda kişi öz boğazını kəsib.

Olaylar.az  xəbər verir ki, bu barədə məlumatı "oxu.az"a Suraxanı rayon hüquq-mühafizə orqanlarından veriblər.

Bu versiyanı Suraxanı rayonunda qeydə alınmış ölüm faktı üzrə yaradılan operativ-istintaq qrupu irəli sürüb.

İlkin məlumata görə, 33 yaşlı Ruslan Telman oğlu Fəhrətov iyulun 15-də səhər saatlarında Hövsan qəsəbəsində yaşadığı evdə intihar edib.

Kişinin həyat yoldaşı istintaqa bildirib ki, səhər ərinin "Boğuluram!" - deyə qışqırıq səslərinə oyanıb. Bu zaman evdə ər-arvaddan başqa, kişinin valideynləri də olub.

R.Fəhrətov iki azyaşlı uşaq atası olub, ikincisi bu yaxınlarda doğulub.

O, "8-ci kilometr" bazarında kiçik bizneslə məşğul olub. R.Fəhrətovu belə radikal addım atmağa vadar edən səbəb hələ məlum deyil.

Fakt üzrə rayon prokurorluğunda cinayət işi qaldırılıb, istintaq gedir. 

BAKU.WS 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31