Avtomobillərə qənim kəsilən şəxs ələ keçib
Avtomobillərə qənim kəsilən şəxs ələ keçib
15 İyul 2019 17:25 KriminalOğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də paytaxt sakini M.Ramazanovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Dəmirçiyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 22-dən iyunun 26-dək olan müddətdə 2 avtomobildən pul və sənəd, habelə N.Yusifliyə məxsus velosipedi oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31