Avtomobil 12 yaşlı uşağı vurub öldürüb

Avtomobil 12 yaşlı uşağı vurub öldürüb

Qazax rayonunun Daş Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 14-də saat 22 radələrində Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Çaylı kənd sakini E.Qocayev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən kənd sakini - 12 yaşlı Məhəmməd Aqqıraxlını vurmuşdur. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Qazax RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31