Ticarət mərkəzində 44 min 500 manatlıq oğurluq
Ticarət mərkəzində 44 min 500 manatlıq oğurluq
15 İyul 2019 17:18 KriminalLökbatanda ticarət mərkəzində oğurluq edən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 1-dən iyulun 13-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən 44 500 manat dəyərində yuyucu toz oğurlamaqda şübhəli bilinən, həmin mağazada işləyən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31