Bakıda Avropa çempionumuz intihar etdi
10 İyul 2019 09:47 KriminalAvropa çempionu olan gimnastımız intihar edib.
Hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.
2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Qeyd edək ki, A.Məmmədzadə akrobatika üzrə dörtqat Avropa çempionudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31