Avtomobil piyadanı vurub öldürüb
Avtomobil piyadanı vurub öldürüb
9 İyul 2019 15:38 KriminalPaytaxt Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iyulun 8-də saat 17 radələrində Nərimanov rayonunun Z. Bünyadov prospektində Bakı şəhər sakini E. Əmrəliyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Püstə Cəfərovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31