Bakıda daha bir mağazada yanğın - FOTO+VİDEO

Qara Qarayev prospekti, "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında yerləşən mağazadakı yanğın söndürülüb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansarda yığılan əşyalar 70 m² sahədə yanıb. 

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31