Qardaşını əkin sahəsində güllələdi
Qardaşını əkin sahəsində güllələdi
4 İyul 2019 13:50 KriminalDaxili İşlər Nazirliyinin (DİN) "102-Zəng Mərkəzi" Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub. DİN mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib. E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31