Avtomobil yolu keçən piyadanı vurub öldürüb

Avtomobil yolu keçən piyadanı vurub öldürüb

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 1-də saat 1 radələrində Abşeron rayonu ərazisində Qobustan rayon sakini F.Ağazadə idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçən Laçın rayon sakini Maarif Musayevi vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31