“Ford Transit”ın vurduğu piyada hadisə yerində ölüb
“Ford Transit”ın vurduğu piyada hadisə yerində ölüb
2 İyul 2019 15:32 KriminalAbşeron rayonu ərazisində ölümlə nətticələnən yol-nəqliyyat hadisəsi büş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 1-də saat 1 radələrində Abşeron rayonu ərazisində Qobustan rayon sakini F.Ağazadə idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçən Laçın rayon sakini Maarif Musayevi vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31