Çayda batan azyaşlının meyiti tapılıb

Çayda batan azyaşlının meyiti tapılıb

Gəncə çayında batan azyaşlının meyiti tapılıb. "Olaylar"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən, 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb. H.Səfərlinin meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31