Müxtəlif markalı siqaretlər aşkarlanıb
Müxtəlif markalı siqaretlər aşkarlanıb
28 İyun 2019 16:58 KriminalQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 7200 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Opel Vectra", "Opel Astra" , "QAZ-3102" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2000 ədəd "Senator", 3400 ədəd "King", 1800 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb.Faktlarla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31