Azyaşlı 9-cu mərtəbədən yıxılaraq öldü

Azyaşlı 9-cu mərtəbədən yıxılaraq öldü

Daha bir uşaq diqqətsizliyin qurbanı oldu

Bu gün Bakının Yasamal rayonu ərazisində bədbəxt olay baş verib. Pəncərədə barmaqlıqlar olmadığı üçün 3 yaşlı qız uşağı 9-cu mərtəbədən yıxılıb. Onun elə hadisə yerindəcə dünyasını dəyişdiyi bildirilib.

Olaylar.az-ın xəbərinə görə, bu haqda "Facebook"dakı qrupların birində məlumat paylaşılıb. Hadisə şahidlərindən biri olayın Yasamal rayonunda "Etalon market"ə yaxın binaların birində baş verdiyini bildirib.

Qeyd edək ki, son bir ayda bir neçə belə bədbəxt olay baş verib. Arzuolunmaz olaylara səbəb isə pəncərədə barmaqlıqların olmaması və valideynlərin ani diqqətsizliyidir. Valideynlər hava isti olduğuna görə pəncərələri açıq qoyurlar və bu da sonda faciə ilə sona çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31