Anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirildi
Anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirildi
27 İyun 2019 15:17 KriminalGürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində qətl hadisəsi törədilib.
40 yaşlarında olan kişi odlu silahla qətlə yetirilib.
Qaracalar kənd sakinləri bildiriblər ki, qətlə yetirilən şəxs Gürcüstanda yaşamayıb və o, bir neçə gün bundan öncə anasına baş çəkmək üçün kəndə gəlib.
Qətlin keçmişdə baş vermiş münaqişə zəminində törədildiyi bildirilir.
Faktla bağlı operativ istintaq tədbirləri həyata keçirilir. /Report/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31