“Mercedes” yolu keçən piyadanı vurub öldürüb
“Mercedes” yolu keçən piyadanı vurub öldürüb
25 İyun 2019 17:15 KriminalPaytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 24-də saat 19 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini A.Ələkbərli idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Elşən Məmmədovu vurmuşdur. Piyada hadisə yerində ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31