Avtomobil vuran piyada hadisə yerində ölüb

Avtomobil vuran piyada hadisə yerində ölüb

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə,  iyunun 24-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Cəlilabad rayon sakini F.Abbasov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurmuşdur. Həmin şəxs hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31