Əmisi arvadı ilə cinsi əlaqədə oldu, sonra hamamda öldürdü: Bakıda şok

Əmisi arvadı ilə cinsi əlaqədə oldu, sonra hamamda öldürdü: Bakıda şok

Qadının əri həbsxanada olub

ARB TV-də yayımlanan "Kriminal" verilişində Bakının Pirallahı qəsəbəsində baş verən dəhşətli cinayət hadisəsi barədə sujet təqdim edilib.

Olaylar.az aznews.az-a istinadən xəbər verir ki, Rəsul Hüseynov 10 ilə yaxındır intim əlaqədə olduğu əmisi arvadını necə qətlə yetirməsindən danışıb. O, hadisəni spirtli içkinin təsiri altında törətdiyini söyləyib.

İttihama görə, ötən il iyulun 17-də, saat 08.00-da Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyiti aşkar olunub.

Məlum olub ki, həmin gün saat 06.00-da Mariya Qəhrəmanova ilə birgə yaşayan ərinin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verib.

Münaqişə zəminində Rəsul Hüseynov Mariya Qəhrəmanovanın baş nahiyəsinə yumruqla vuraraq, onu qətlə yetirib.

Rəsul Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Rəsul Hüseynov deyib ki, əmisinin arvadı Mariya ilə mübahisə yaranıb: "Onu itələdim, yerə yıxıldı. Ancaq öldürmək niyyətim olmayıb. Həm də sərxoş idim, hadisədən əvvəl spirtli içki qəbul etmişdim".

Prokurorun suallarını cavablandıran Rəsul Hüseynov əmisi arvadı ilə aralarında intim münasibət olduğunu və onu qısqanclıq zəminində vurduğunu etiraf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31