Ağcabədidə maşın ağaca çırpılıb- 1 nəfər ölüb, 2-si yaralanıb

Ağcabədidə maşın ağaca çırpılıb-1 nəfər ölüb, 2-si yaralanıb

Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 20-də saat 11 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində Göygöl rayon sakini Yaşar Hacıyev idarə etdiyi  "VAZ-21099" markalı avtomobili ağaca vurmuşdur. Nəticədə sürücü və sərnişini, arvadı S.Hacıyeva xəstəxanaya yerləşdirilmiş, Y.Hacıyev orada ölmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31