“Mercedes” vuran piyada hadisə yerində ölüb
“Mercedes” vuran piyada hadisə yerində ölüb
21 İyun 2019 14:54 KriminalSəbail rayonu Badamdar şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 20-də saat 20 radələrində Səbail rayonu Badamdar şossesində Bakı şəhər sakini V.Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Qəşəm Hüseynovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31