Avtomobil qaçıran şəxs ələ keçib
Avtomobil qaçıran şəxs ələ keçib
20 İyun 2019 15:32 KriminalNəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 19-na keçən gecə Mingəçevir şəhərinin ərazisindən şəhər sakini Q.Məmmədova məxsus "Mercedes" markalı avtomobil qaçırılmışdır.Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi V.Məmmədov saxlanılmışdır. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31