Avtomobil aşdı, sürücünün bacısı dünyasını dəyişdi

Avtomobil aşdı, sürücünün bacısı dünyasını dəyişdi

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a bildirilib ki, iyunun 18-də saat 16 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Cəlilabad rayon sakini Elçin İsgəndərov idarə etdiyi "Hyundai" markalı avtomobili aşırmışdır. Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün bacısı Gülnar hadisə yerində ölmüş, digər sərnişini, azyaşlı G.İsmayılova xəstəxanaya yerləşdirilmişdir. Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31