Avtomobil qaçıran Şabran sakini tutulub
Avtomobil qaçıran Şabran sakini tutulub
19 İyun 2019 16:06 KriminalNəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 18-nə keçən gecə Nərimanov rayonu A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov həmin gün saat 15 radələrində Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31