Ev quşlarına qənim kəsilən tutulub
Ev quşlarına qənim kəsilən tutulub
14 İyun 2019 17:39 KriminalEv quşları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı şəhər BPİ və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-nə keçən gecə Zığ qəsəbəsindəki evlərdən birinin həyətindən 40 ev quşu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əhmədov, Bərdə rayon sakinləri N.Zərbəliyev və A.Cəbrayılov saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların həmin gün daha 1 evin həyətindən 6 ev quşu oğurlamaları da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31