Avtomobil qiymət lövhəsinə çırpılıb
Avtomobil qiymət lövhəsinə çırpılıb
13 İyun 2019 17:27 KriminalSalyan şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 12-də saat 4 radələrində Salyan şossesində Bakı şəhər sakini K.İsgəndərov idarə etdiyi "BMW" markalı avtomobili yanacaqdoldurma məntəqəsinin girişindəki qiymət lövhəsinə vurmuş və avtomobildə yanğın baş vermişdir. Nəticədə sərnişin, avtomobilin sahibi olan paytaxt sakini Əsədağa Rəcəbov hadisə yerində ölmüş, sürücü xəstəxanaya yerləşdirilmişdir. Səbail RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31