Soyğunçuluqla məşğul olan dəstə yaxalanıb

Soyğunçuluqla məşğul olan dəstə yaxalanıb

Soyğunçuluqda şübhəli bilinən dəstə yaxalanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər BPİ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də əcnəbi vətəndaş F.Karamanın içərisində 200 manat və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini E.İbadzadə və Şuşa şəhər sakini O.Məmmədov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31