Oğurluqla məşğul olan şəxslər ələ keçiblər
Oğurluqla məşğul olan şəxslər ələ keçiblər
13 İyun 2019 17:18 KriminalOğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qala qəsəbə sakini E.Hacatovun evindən 70 manat, həyətindən isə 65 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.İsgəndərov saxlanılmışdır. Həmçinin, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazaların birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənova saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31