Ülgüclə həmyerlisinə xəsarət yetirib aradan çıxdı

Ülgüclə həmyerlisinə xəsarət yetirib aradan çıxdı

Masallı rayon sakininə fiziki zor tətbiq edən şəxslərin axtarışı davam etdirilir. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 9-da Masallı şəhəri ərazisində 2 nəfərin Allahyarlı kənd sakini E.Şahbazovun əl nahiyəsinə ülgüclə xəsarət yetirib 45 manatını alması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olmuşdur. Masallı RPŞ əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törədənlərin şəxsiyyətləri qısa müddətdə müəyyən edilmişdir. Onların saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31