Avtomobil piyadanı vurub öldürüb
Avtomobil piyadanı vurub öldürüb
12 İyun 2019 15:08 KriminalBinəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 11-də saat 19 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Siyəzən şəhərinin ərazisində də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. İyunun 11-də saat 5 radələrində Siyəzən şəhərinin ərazisində "Mitsubishi" markalı avtomobili idarə edən Bakı şəhər sakini İ.Ələkbərov onu yol ayırıcısına vurmuşdur. Nəticədə sərnişini, Bakı şəhər sakini Cəlalə Qurbanova hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.