Avtomobillər toqquşdu- 1 nəfər hadisə yerində öldü
Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb
29 May 2019 16:21 KriminalGöygöl rayonunun Yeni Qızılca kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a bildirilib ki, mayın 28-də saat 14 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində kənd sakini Ş.İsaqovun idarə etdiyi "VAZ-21011" və Gəncə şəhər sakini E.Abbasovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Abbasovun sərnişini Qənifə Quliyeva hadisə yerində ölmüşdür. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31