Hadisə yerindən qaçan sürücü yaxalanıb
Hadisə yerindən qaçan sürücü yaxalanıb
29 May 2019 16:19 KriminalŞəmkir şəhərinin ərazisində YNH törədərək hadisə yerindən yayınmış sürücü N.Budaqov saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 28-də saat 21 radələrində Şəmkir şəhərinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Binnət Qasımov vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış "VAZ-2107" markalı avtomobilin sürücüsü, şəhər sakini N.Budaqov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31