Şəmkirdə avtoqəzada 2 nəfər ölüb
Şəmkirdə avtoqəzada 2 nəfər ölüb
29 May 2019 16:17 KriminalŞəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 28-də saat 23 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Sumqayıt şəhər sakini Şikar Şirinov idarə etdiyi "Daewoo" markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və sərnişini olan həmyerlisi Qorxmaz Əsgərov hadisə yerində ölmüşlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31