Avtomobil qaçıran şəxs tutulub

Avtomobil qaçıran şəxs tutulub

Biləcəri qəsəbəsi ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 28-nə keçən gecə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən Abşeron rayon sakini R.Məmmədova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılmışdır. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov Biləcəri qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31