Bakıda süpürgəçi qadını maşın vurub öldürdü

Bakıda süpürgəçi qadını maşın vurub öldürdü

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu gün səhər saatlarında "Koroğlu" metrosu yaxınlığında "Volskvagen Polo" markalı avtomobill yol kənarında təmizlik işləri aparan 1945-ci il təvəllüdlü Hürü Namaz qızı Aslanovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31