Paytaxtda telefon oğrusu tutulub
Paytaxtda telefon oğrusu tutulub
27 May 2019 16:20 KriminalMobil telefon oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da rayon ərazisində "VAZ-2104" markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş H.Şirinov saxlanılmışdır. Ətrafında aparılımış tədbirlərlə onun mayın 20-21-də daha 2 avtomobildən mobil telefon oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31