Avtomobildə narkotik vasitə aşkar edilib

Avtomobildə narkotik vasitə aşkar edilib

Polis əməkdaşları tərəfindən Lənkəranda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə,  Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında şəhər sakini O.Quluzadənin idarə etdiyi "VAZ-2106" markalı avtomobilə keçirdikləri baxış zamanı oradan çəkisi 4,2 kiloqrama yaxın tiryək və 485 qram heroin aşkar edilərək götürülmüşdür. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31