Bank hesabından pul oğurlayan ələ keçib

Bank hesabından pul oğurlayan ələ keçib

Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri ifşa edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş İ.Eminovun ətrafında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 30-da A.Cahangirovun bank hesabından 300 manat oğurlaması da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31