Adam öldürməyə cəhd edən şəxs yaxalanıb

Adam öldürməyə cəhd edən şəxs yaxalanıb

Ağcabədi rayonunun Bilağan kəndind sakininə odlu silahda atəş açan şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 26-da Ağcabədi rayonunun Bilağan kəndində yaşayan İ.Tağıyevin evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə atası M.Tağıyevin kürək nahiyəsinə xəsarət yetirib hadisə yerini tərk etməsi barədə DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olmuşdur. M.Tağıyev xəstəxanaya yerləşdirilmişdir. Dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər görülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisə yerinə baxış zamanı onun bu cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülmüşdür. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd)  maddəsi ilə cinayət işi başlanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31