Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
27 May 2019 16:10 KriminalDİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən "Olaylar"a bildirilib ki, əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılan Kürdəmir rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Süleymanovdan 50 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı mənzildən isə əlavə olaraq 850 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Faktla bağlı cinayət işi başlanılmışdır.