Gürcüstandan spirtli içki və siqaret gətirilməsinin qarşısı alınıb
Gürcüstandan spirtli içki və siqaret gətirilməsinin qarşısı alınıb
18 Aprel 2019 13:00 KriminalQərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin ön oturacaqlarının arxasında və yük hissəsinin örtüyünün altında 2000 ədəd "Gold Marlboro" markalı siqaret və 8 ədəd 1 litrlik "Nemiroff Delikat" markalı spirtli içki aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.