Binəqədi sakinindən odlu və soyuq silah götürülüb
Binəqədi sakinindən odlu və soyuq silah götürülüb
17 Aprel 2019 17:05 KriminalBinəqədi qəsəbə sakinindən odlu və soyuq silah aşkar edilərək götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Əsədullayevdən 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülmüşdür. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş "İJ-58" markalı tüfəng də aşkar edilərək götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31