Silsilə oğurluqla məşğul olan şəxs yaxalanıb

Xəzər rayonunda silsilə oğurluqla məşğul olan şəxs saxlanıb

Xəzər rayonunda silsilə oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki həyətyanı sahələrin birindən 150 metr elektrik naqili oğurlamaqda  şübhəli bilinən Türkan qəsəbə sakini, əvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 həyətyanı sahədən 28 ev quşu və 3 baş qoyun oğurlaması da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31