DGK sədi: gömrük orqanları tərəfindən 24 narkoqrup aşkar edilib
DGK sədi: gömrük orqanları tərəfindən 24 narkoqrup aşkar edilib
15 Aprel 2019 15:51 Kriminal"Əminliklə bildirmək istərdim ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı təşkilati-hüquqi, institusional tədbirlər həyata keçirilməkdədir". "Olaylar" xəbər verir ki, bunu deyən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, mövcud tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi də bu istiqamətdə daim prioritetlərini müəyyənləşdirir və mübarizə tədbirlərini gücləndirir: "Məhz görülən bu tədbirlər nəticəsində 2018-ci il ərzində gömrük orqanları tərəfindən 24 narkoqrup aşkar edilib, ümumi çəkisi 1 ton 193 kiloqram olan narkotik maddələr dövriyyədən çıxarılıb, 2019-cu ilin üç ayı ərzində isə 16 narkoqrup barəsində istintaq hərəkətləri aparılıb, ümumilikdə 520 kiloqram narkotik maddələr tutularaq saxlanılıb".