Avtomobili qaçırıb qəza törətdi

Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar2a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini C.Kərimovun "VAZ-2106" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən digər şəxs - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Həsənzadə saxlanılıb. Həmçinin Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Zərdab rayon sakini M.Bəkirli tərəfindən qaçırılması və həmin gün saat 5 radələrində Q.Qarayev prospektində idarə edilərkən Bakı şəhər sakini G.Ağazadənin idarə etdiyi "Hyundai" markalı avtomobillə toqquşması müəyyən edilib. G.Ağazadəyə xəstəxanada ilkin tibbi yardım göstərilib. M.Bəkirli 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31