Evdən 9 min manatlıq qızıl aparan saxlanıb
Bakıda evdən 9 min manatlıq qızıl oğurlayan şəxs tutulub.
12 Aprel 2019 14:56 KriminalBakıda evdən 9 min manatlıq qızıl oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31