Yeniyetməyə qarşı quldurluq edən şəxs yaxalanıb

Xətai rayonunun M.Rüstəmov küçəsində yeniyetməyə qarşı quldurluq edən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 10-da saat 22 radələrində Xətai rayonunun M.Rüstəmov küçəsində 14 yaşlı bir oğlanı bıçaqla hədələyərək quldurluq yolu ilə 100 manat pulunu alan şəxs həmin ərazidə xidmət aparan 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini İ.Yusifov olduğu müəyyən edilmişdir. Xətai RPİ-də araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31